voicepress.az

SON DƏQİQƏ

Türkiyə millət vəkili Atilla Sərtəl Xanhüseyn Kazımlı ilə görüşüb...

15-10-2017, 13:56

VOİCEPRESS-in verdiyi xəbərə görə, bugün Türkiyə Böyük Millət Məclisində Cumhuriyət Xalk Partiyasının üzvü, millətvəkili Atilla Sertel Azerbaycan Sosial Rifah Partiuyasının sədri, Azərbaycan Parlamentinin millət vəkili Xanhüseyn Kazımlı ilə görüşüb. Görüş ASRP-nin mənzil qərargahında baş tutub. İki qardaş ölkəni təmsil edən millət vəkilləri artasında əməkdaşlığa dair müzakirələr aparıldı.

Söhbət əsnasında kürt dövlətinin yaranması, Amerikanın Türkiyəyə qarşı tətbiq etdiyi viza qadağası, Suriya, İraq, İsrail və Avropa Birliyi kimi geopolitik məsələlərlə bağlı fikirlər yürüdüldü, müzakirələr aparıldı. Türkiyəli millət vəkili, hörmətli Atilla Sərtəl Ulu Öndər Həydər Əliyevin "Biz bir millət, iki dövlətik" ifadəsi ilə Azərbaycan və türkiyə arasında sıx dostluğun mövcud olmasından danışdı. Atilla Sərtəl Xocalı qətliamını dünyaya duyurmaq adına türkiyədə dəfələrlə etdiyi sərgilər haqda məlumat verdi.

Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı türkiyəli millət vəkili və onun xanımı Zinət xanımı partiyanın mənzil qərargahını gəzdirib. Onlara partiyanın yaranma tarixi haqqında məlumat verməklə yanaşı, dahi lider Heydər Əliyevlə tanışlığından bəhs edib.

Daha sonra Xanhüseyn Kazımlı türkiyəli həmkarı Atilla Sərtələ Heydər Əliyevin diplomatik siyasi yolundan bəhs edən "Böyük siyasətin davamı" adlı kitablar toplusunu hədiyyə edib və belə görüşlərin keçirilməsinin faydalı olduğunu bildirib.

Sonda xatirə rəsmi çəkdirdilər.







Ü. Musazadə
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 4 324
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter