voicepress.az

SON DƏQİQƏ

Deputatlarımız Buxarestə gedir - NATO yığıncağı

4-10-2017, 21:37

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev, Kamran Bayramov NATO Parlament Assambleyasının 63-cü illik sessiyasında iştirak etmək üçün oktyabrın 5-də Rumıniyanın paytaxtı Buxarestə səfər edəcəklər.

Parlamentin mətbuat xidmətindən VOİCEPRESS-ə bildiriblər ki, toplantıda “Suriyada və İraqda müharibə: Humanitar aspektlər”, “Ballistik raketdən müdafiə və NATO”, “Avropanın müdafiə sənayesi bazasının vəziyyəti” mövzularında məruzələr dinləniləcək.

Tədbir iştirakçıları Qara dəniz regionunda sabitliyin qorunması, NATO ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı, Yaxın Şərqdə və Şimali Afrikada ərzaq və su təhlükəsizliyinin təmin edilməsi, iqlim dəyişikliyi ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Deputatlarımız müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcəklər.

Səfər oktyabrın 10-da başa çatacaq.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 3 239
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter