voicepress.az

SON DƏQİQƏ

Xanhüseyn Kazımlı fəxri medalla təltif olundu

2-10-2017, 16:41

Deputat Xanhüseyn Kazımlı Milli Məclisin (MM) Fəxri medalı ilə təltif olundu.

VOİCEPRESS-in verdiyi xəbərə görə, bununla bağlı MM sədri Oqtay Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, X.Kazımlı 75 illik yubileyi ilə əlaqədar Fəxri medalla təltif edilib.

Qeyd edək ki, Xanhüseyn Kazımlı 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur.1967-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır. 1991-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində kafedra müdiri, prorektor, 1994-cü ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri olmuşdur.

Birinci, ikincı,üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. 2010-cu il noyabrın 7-də 66 saylı Biləsuvar seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin üzvüdür.
Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çin, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. İslam Konfransı Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Beynəlxalq Qiymətləndiricilər Cəmiyyətinin üzvü, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədridir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli, 716 saylı Fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif edilmişdir. "Qızıl qələm" və Hacı Zeynalabdin Tağıyev mükafatları laureatıdır.

İqtisad elmləri doktoru, professordur. 50-dən çox monoqrafiyanın və dərsliyin, 300-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycan Sosial Rifah Partiyasının sədri evlidir, 5 övladı var.






Aysel İsgəndərova
[b]VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 4 703
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter