voicepress.az

SON DƏQİQƏ

Milli Məclisin nümayəndə heyəti ATƏT PA-nın payız sessiyasında iştirak edəcək

30-09-2017, 17:08

Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 2-də Andorra Knyazlığının paytaxtı Andorra la Vella şəhərinə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə millət vəkilləri Azay Quliyev, Kamran Nəbizadə, Elşad Həsənov, Ülviyyə Ağayeva, Tahir Mirkişili daxildirlər.

Tədbirdə "ATƏT regionunda təhlükəsizlik: yeni çağırışlar, yeni hədəflər" mövzusunda müzakirələr aparılacaq. Toplantı iştirakçıları kibertəhlükəsizlik, iqlim dəyişikliyinin yaratdığı problemlər, habelə sabitliyin və inkişafın təminatı baxımından təhsilin təşviqi barədə fikirlərini bölüşəcəklər.

Parlament nümayəndə heyətinin üzvləri sessiya çərçivəsində keçiriləcək Aralıq Dənizi Forumuna da qatılacaqlar. Yığıncaqda Aralıq dənizi hövzəsində təhlükəsizlik və əməkdaşlığa dəstəklə bağlı məsələyə baxılacaq.

Səfər oktyabrın 7-də başa çatacaq.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 355
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter