voicepress.az

SON DƏQİQƏ

ATƏT-in xüsusi nümayəndəsi: "Status-kvonun davam etməsinə razı ola bilmərik"

26-09-2017, 16:47

ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin başçılıq etdiyi nümayəndə heyəti bu gün Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ilə görüşüb.

Milli Məclisdən VOİCEPRESS-ə verilən məlumata görə, görüşdə B.Muradova bildirib ki, ATƏT-ə üzv ölkələrin parlament nümayəndələri ilə neçə illər ərzindəki fəaliyyəti nəticəsində Azərbaycan ATƏT regionunda üzləşdiyi problemləri, çətinlikləri aradan qaldırmaq istiqamətində çox ciddi əməkdaşlıq təcrübəsinə malikdir.

B.Muradova deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması bütövlükdə ATƏT regionunu təhdid edir: "Ona görə də bütün ölçülər üzrə imkanı və mandatı olan şəxslər problemin həllinə ciddi töhfələr verməlidirlər".

K.Vigenin isə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT PA-nın gündəliyində olduqca böyük önəm kəsb edən məsələdir: "Parlament Assambleyasının sədri xanım Kristin Muttonenin sentyabrın əvvəlində regiona səfər etməsi bunu bir daha təsdiq edir. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mümkün olan bütün tədbirləri görməliyik. Biz problemi sülh yolu ilə həll etmək üçün atıla biləcək istənilən addımı dəstəkləməyə hazırıq. Biz mövcud status-kvonun davam etməsinə razı ola, bu məsələyə göz yuma bilmərik. Problemin həllinə nail olmalıyıq".

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 814
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter