voicepress.az

SON DƏQİQƏ

Deputat: "Ermənistan Dağlıq Qarabağı və digər ərazilərimizi işğaldan azad etməlidir"

20-09-2017, 08:24

Azərbaycanın məqsədi və ortaya qoyduğu əsas prinsip odur ki, Ermənistan işğal altında saxladığı Dağlıq Qarabağı və digər ərazilərimizi işğaldan azad etməli, Dağlıq Qarabağ da Azərbaycanın tərkibində olmalıdır.

VOİCEPRESS bildirir ki, bunu trend-ə Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycanın daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Dağlıq Qarabağa təhlükə yaratmayan ərazilərin Azərbaycana qaytarılması ilə bağlı açıqlamasına münasibət bildərərkən deyib.

Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu vurğulayan R.Hüseynov deyib ki, Azərbaycan beynəlxalq hüququn, təcrübənin tətbiqi etdiyi ən yüksək statusu Dağlıq Qarabağa verməyə hazır olduğunu bəyan edib: "Dağlıq Qarabağsız Azərbaycan yoxdur. Bu istiqamətə yönəldilən bütün başqa fikirlər və təhlillər qəbuledilməzdir".

Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxladığını xatırladan deputat qeyd edib ki, bu, həmin ölkənin təkbaşına əldə etdiyi nəticə deyil:

"Ermənistan Azərbaycanın bu ərazilərini nə özünün iqtisadi potensialı, nə də hərbi potensialı ilə işğal etmək gücündə olmayıb. Ermənistanın arxasında dayanan güclər, lobbilər və digər qüvvələr var. "Torpaqları Ermənistan işğal edib" dedikdə, Ermənistanı çox şişirtmiş oluruq. Azərbaycanla danışıqlar aparan Ermənistan hadisələrin üst tərəfindən olan obrazdır. Onun arxasında yenə də dayanan qüvvələr var. Onlar nəyi diktə edirlərsə, Ermənistan da onu edir".

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 560
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter