voicepress.az

SON DƏQİQƏ

Ermənistan hansı torpaqları qaytarır?

19-09-2017, 13:39

Beynəlxalq ekspertlərin fikrincə, İrəvanın işğal edilmiş torpaqları Azərbaycana qaytarmağa hazır olması barədə bəyanatı Ermənistanın Qarabağ münaqişəsində mövqeyinin yumşalmasının siqnalıdır.

Ermənistan Xarici İşlər Nazirliyinin başçısı işğal edilmiş ərazilərin bir hissəsinin Azərbaycana qaytarılmasını mümkün sayıb. Nalbandyan bunu Azərbaycandan olan həmikarı Məmmədyarovla Nyu-Yorkda görüşü öncəsi bildirib.

Bəllidir ki, görüş sentyabrın 20-də olmalıdır. "Söhbət qaytarılması zamanı Dağlıq Qarabağın təhlükəsizlik sistemini təhlükə altına salmayacaq ərazilərdən gedir”,- deyə Nalbandayan bildirib. Ancaq o, hansı ərazilərdən söhbət getdiyini söyləməyib.

Əlbəttə, Ermənistanın XİN başçısının bəyanatı qəflətən səslənməyib. İrəvanda çoxdan anlayırlar ki, nədənsə başlamaq lazımdır. Yada salaq ki, ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri Riçard Hoqland vəzifədən gedişi öncəsi münaqişənin tənzimlənməsinin 6 elementi barədə danışıb. Amerikalı diplomat onlardan birində tələb edib ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər dərhal Azərbaycanın nəzarəti altına verilməlidir.
Onda bu, İrəvanda kəskin narahatlığa səbəb olmuşdu. İndi belə görünür ki, ermənilər qismən də olsa nəsə etməyə çalışırlar. Amma necə deyərlər, bu zaman öz sifətlərini də itirmək istəmirlər.

Rəsmi İrəvanı hələ qabaqda çox şeylər gözləyir. Beynəlxalq ictimaiyyətin əsas tələblərindən biri Ermənistanın bütün silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılmasıdır.

Aydındır ki, İrəvanın indiki bəyanatına sınaq şarı kimi baxmaq lazımdır. Nalbandayanın bəyanatı barədə rəsmi Bakının nə düşündüyünü biz tezliklə öyrənəcəyik. Amma qeyd edək ki, bir qaranquşla yaz gəlmir. Əgər bizim qonşular möhkəm sülh və çökən iqtisadiyyatlarının dirçəlməsini istəyirlərsə, ermənilərin öz evlərini tərk etməsinin qarşısını almağa çalışırlarsa, başlanmış bu addımı davam etmək lazımdır.

Ermənistanın qəflətən bir sıra işğal edilmiş rayonların qaytarılması barədə danışması nümayiş etdirir ki, Azərbaycan doğru diplomatik yolla gedir. Mən buna onu da əlavə etmək edərdim ki, keçən ilin aprel apyından düşmənə nəyə qadir olduğunu göstərən Azərbaycan ordusunun peşəkarlığı da artıb.
Bu günlərdə Qarabağdakı qanlı münaqişənin müəlliflərindən biri - Serj Sarkisyan bəyanat vermişdi ki, Azərbaycanın beynəlxalq prinsiplərin mövcudluğu ilə barışmazsa, sülh ola bilməz. Görünür, bu prinsiplərdən çıxış edərək dünyanın heç bir ölkəsi Dağlıq Qarabağdakı mövcud işğal rejimini tanımır. Amma işğaldan düz 26 il keçib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 287
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter