voicepress.az

SON DƏQİQƏ

Ərdoğan Bakıya Nazarbayevlə görüşdükdən sonra gələcək

5-09-2017, 15:18

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya Qazaxıstana səfər etdikdən sonra gələcək. VOİCEPRESS bildirir ki. bu barədə Türkiyənin “Daily Sabah” qəzeti yazıb.

Xatırladaq ki, sentyabrın 10-11-i tarixlərində Ərdoğan iki günlük səfərlə Azərbaycana gəlməli idi. Həmin günlər ərzində Azərbaycan-Türkiyə yüksək səviyyəli strateji əməkdaşlıq Şurasının 6-cı iclasının keçirilməsi nəzərdə tutulmuşdu.

Lakin sonradan Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirdi ki, Ərdoğanın səfəri dövlət başçısının iş qrafikində baş vermiş dəyişikliklərlə bağlı təxirə salınıb.

“Daily Sabah” yazır ki, sentyabrın 8-dən 10-na qədər Ərdoğan Qazaxıstanda səfərdə olacaq və burada ölkə prezidenti Nursultan Nazarbayevlə görüşəcək.

Bir həftə sonra isə Ərdoğan Nyu-Yorkda BMT-nin Baş Assambleyasında iştirak edəcək. Bu tədbir 19-25 sentyabr tarixlərində keçiriləcək.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 337
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter