voicepress.az

SON DƏQİQƏ

Ruhani Sarkisyanla Qarabağı müzakirə etdi

6-08-2017, 23:09

Bu gün Tehranda İran prezidenti Həsən Ruhani və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

VOİCEPRESS
-in erməni mətbuatına istinadən məlumatına görə, Ruhani bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəkləyir. O, Azərbaycan və Ermənistanın təşəbbüsü ilə bu məsələnin dinc yolla həllinə nail olacağına ümid etdiyini deyib. İran prezidentinin sözlərinə görə, tərəflər məsələnin həlli üçün möhkəm iradəyə sahibdir və müzakirələrin müsbət nəticələnəcəyi üçün əlverişli çıxış yolu tapacaq.

Sarkisyan da həmçinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə çalışdığını da iddia edib.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan iranlı həmkarı Həsən Ruhaninin inauqurasiyasında iştirak etmək üçün Tehrana səfər edib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 397
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter