voicepress.az

SON DƏQİQƏ

Politoloq: "Nə qədər ki, Qarabağ müharibəsi var, Rusiya... "

6-08-2017, 10:28

Dünyanın enerji təhlükəsizliyinə təhdidin qarşısının alınmasında Rusiyanın müstəsna rolu var və ABŞ hazırda məhz bu rolu azaltmaq üçün əlindən gələni edir.

VOİCEPRESS axar.az-a istinadən xəbər verir ki, bunu politoloq Arzu Nağıyev deyib. Ekspert bunun Avropanın xoşuna gəlmədiyini bildirib:

“Trampın prezident seçilməsində Rusiyanın müstəsna rolu irəli sürülsə də, Tramp hələ ABŞ demək deyil. Məlum məsələdir ki, Trampın qoyduğu məsələlər Senatda və Nümayəndələr Palatasında birmənalı qarşılanmır. Dünya enerji təhlükəsizliyinə təhdidin qarşısının alınmasında Rusiyanın müstəsna rolu var və ABŞ hazırda məhz bu rolu azaltmaq üçün əlindən gələni edir. Bu isə Avropanın xoşuna gəlmir və Qərbi ABŞ-a qarşı müəyyən addımlar atmağa vadar edə bilər”.

Politoloqun sözlərinə görə, nə qədər ki, Ukrayna, Dnestryanı və Dağlıq Qarabağ kimi müharibə ocaqları var, ABŞ-Rusiya gərginliyi səngiməyəcək:

“Böyük güclərin maraqları toqquşduqda təbii ki, bu, digər dövlətlərə də təsirsiz ötüşmür. ABŞ-ın bu gün Rusiyanı özünə bir nömrəli düşmən elan etməsi Rusiya ilə əlaqəli dövlətləri də təhlükəyə ata bilər”.

A.Nağıyevin fikrincə, iki dünya nəhəngi arasındakı münaqişə Dağlıq Qarabağ probleminin həllini ləngidir:

“Hər iki dövlət ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Münasibətlərin bu həddə çatması hərbi, iqtisadi və siyasi cəhətdən ölkəmizdən də yan keçmir. Üstəlik, NATO ilə Rusiyanın sərhədi Türkiyə-Ermənistan sərhədindən keçir. Bundan başqa, İran və Azərbaycanın sərhədi də Dağlıq Qarabağdan keçir. Rusiya hazırda çox çalışır ki, buraya nəzarət etsin. Hər iki amil də prosesə mənfi təsir göstərir”.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 510
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter