voicepress.az

SON DƏQİQƏ

Pirallahı rayonunda keçirilən anım mərasimində Xanhüseyn Kazımlı da iştirak edib

7-07-2017, 17:07

7 iyul 2017-ci il tarixdə Pirallahı rayonunda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin anım mərasimi keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının müavini Vəzir Səfixanov, millət vəkili Xanhüseyn Kazımlı, Müdafiə Nazirliyinin məsul əməkdaşı Abdulla Qurbani, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbirdən əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
VOİCEPRESS
xəbər verir ki, tədbirdə çıxış edən Pirallahı RİH başçısının müavini Vəzir Səfixanov qeyd etdi ki, 1988-ci ildən Ermənistanın millətçi-faşist dairələrinin Azərbaycana qarşı başlatdığı işğalçı müharibə 1992-ci illərin əvvəllərindən başlayaraq daha çox beynəlxalq əhəmiyyətli problemə çevrildi. 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Dağlıq Qarabağ münaqişəsində bir dönüş yarandı. 1993-cü il dekabrın sonu – 1994-cü il yanvarın əvvəllərində keçirilmiş uğurlu Horadiz əməliyyatı nəticəsində xeyli torpaqlar və yaşayış məntəqələri azad edildi və təcavüzkar ermənilər atəşkəs istədilər. V.Səfixanov diqqətə çatdırdı ki, cəzasızlıq şəraitindən istifadə edən erməni faşistləri isə daim cəbhə bölgəsində müxtəlif təxribatlarla məşğuldurlar. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə işğalçı erməni qoşunlarının növbəti təxribatının qarşısı alınarkən Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etmiş, Füzuli rayonu istiqamətində yerləşən "Lələtəpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçirmişlər. Bu döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, işğalçının 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb. Azərbaycan Ordusunun əks-hücum əməliyyatı keçirməsi nəticəsində minlərlə hektar torpaq sahəsi işğaldan azad olunmuş və on minlərlə hektar ərazilərə nəzarət bərpa edilmişdir. Həmçinin, natiq aprel döyüşlərinin ilk şəhidlərindən olan Sarvan Mehralıyevdan söz açaraq onun qəhrəmanlığından danışdı.
V.Səfixanov bildirdi ki, təcavüzkar Ermənistanın Azərbaycan ərazilərindəki işğalçı ordusu bu il iyulun 4-də, saat 20:40 radələrində növbəti vəhşilik aktı həyata keçirib. Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyat olunub. Balaca Zəhranın qətlə yetirilməsinə ölkə başçısı İlham Əliyevin, I vitse-prezident Mehriban Əliyevanın dərhal münasibət bildirməsinə toxunan natiq prezidentin sözlərini bir daha xatırlatmışdır: “Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır. Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!” V. Səfixanov bildirildi ki, möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar nəticəsində ordu yeni, müasir, dağıdıcı qüvvəyə malik silah, döyüş texnikası və avadanlıqla təmin olunur. Ordunun döyüş hazırlığı gündən-günə artır, mənəvi–psixoloji durumu yüksək səviyyədədir, sosial bazanın möhkəmlənməsi istiqamətində böyük işlər görülmüşdür. Prezident İlham Əliyevin sözləri ilə desək: “Əgər erməni faşistləri danışıqlar yolu ilə, könüllü surətdə işğal etdikləri əraziləri tərk etməsələr Azərbaycan Ordusu yeni-yeni Lələtəpə, Bayraqtəpə əməliyyatlarını həyata keçirməyə hər an hazırdır”. V. Səfixanov qeyd etdi ki, Azərbaycan xalqı yağı düşmən tərəfindən işğal olunmuş doğma Qarabağı necə azad edəcəyini hamıdan yaxşı bilir. Birinci Qarabağ müharibəsində xalqımızın verdiyi şəhidlərin bu torpağa axıtdığı qan heç vaxt yerdə qalmaz. Təkcə Pirallahı rayonunun 39 şəhidi, 3 Milli Qəhrəmanı vardır. Birinci Qarabağ müharibəsi cəbhələrində şəhidlik zirvəsinə ucalmış Vətən oğullarının əziz xatirəsinə Pirallahı qəsəbəsində “Vətən uğrunda” abidə-kompleksi ucaldılmışdır.
Tədbirdə çıxış edən millət vəkili Xanhüseyn Kazımlı, polkovnik Abdulla Qurbani və digər natiqlər qeyd etdilər ki, Ümummilli lider Heydər Əliyevin hələ 1993-cü ildən başlatdığı ordu quruculuğu işini Prezident İlham Əliyev uğurla davam etdirir. Son 15 ildə Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrələrini verib. Bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Ən müasir silahlarla silahlanmış Azərbaycan ordusu hər an düşmənin başına od ələməyə, torpaqlarımızı işğaldan azad etməyə hazırdır.
Tədbir zamanı hərbi musiqi ansamblının ifasında vətənpərvərlik mövzusunda bədii kompozisiyalar səsləndirildi.























VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 957
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter