voicepress.az

SON DƏQİQƏ

İlham Əliyev Ərdoğanla hərbi sahədə əməkdaşlığı müzakirə edib

10-07-2017, 01:40

Bu gün prezident İlham Əliyev İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək birgə şam ediblər. VOİCEPRESS-in "Azərtac"a istinadən verdiyi xəbərə görə, İlham Əliyevi Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Görüşdə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu bildirilib.

Prezident İlham Əliyev 22-ci Dünya Neft Konqresinin Türkiyədə keçirilməsi münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
Söhbət zamanı ölkələrimiz arasında energetika sahəsində strateji əhəmiyyətli layihələrin uğurla icra olunduğu qeyd edilib, xüsusilə TANAP layihəsinin gələn il başa çatacağı məmnunluqla vurğulanıb.

Azərbaycan və Türkiyə prezidentləri ölkələrimizin hərbi sahədə əməkdaşlığının daha da genişləndirilməsi və möhkəmləndirilməsi haqqında söhbət ediblər.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. Prezident İlham Əliyev son vaxtlar təmas xəttində Ermənistanın təxribatları və hərbi cinayətləri barədə Türkiyə Prezidentinə ətraflı məlumat verib. Rəcəb Tayyib Ərdoğan Türkiyənin həmişə olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həllinə dəstək verdiyini vurğulayıb.

Dövlət başçıları qeyd ediblər ki, Türkiyə və Azərbaycan bütün məsələlərlə bağlı bir-birinin yanındadırlar.


21:45

Pezident İlham Əliyev bu gün İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. VOİCEPRESS-in verdiyi xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevi qarşılayıb.

Qeyd edək ki, dövlət başçıları birgə foto çəkdiriblər və şam ediblər.





VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 285
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter