voicepress.az

SON DƏQİQƏ

ASRP: “Azərbaycan Sosial Rifah Partiyasında büdcəyə yenidən baxılması zərurəti haqqında məsələ müzakirə olunub”

10-07-2017, 01:28

VOİCEPRESS-in verdiyi xəbərə görə, bu gün Azərbaycan Sosial Rifah Partiyasında 2016-cı ilin 1-ci rübünə nisbətən büdcəyə yenidən baxılması zərurəti haqqında məsələnin müzakirəsi keçirilmiş və dəyişikliklər edilmişdir".

Müzakirə zamanı partiya sədri, millət vəili Xanhüseyn Kazımlı çıxış edərək, ölkə iqtisadiyyatının hərtərəfli inkişafı və dünya bazarında Azərbaycan neftinin qiymətinin yüksəlməsindən danışıb: "Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı və dünya bazarında Azərbaycan neftinin qiymətinin yüksəlməsi, büdcə gəlirlərinin artmasına səbəb olmuş,bu da əhalinin sosial rifahının yaxşılaşdırılmasına istiqamətləndirilmişdir. Buna misal olaraq müqayisə olunan həmin dövrlərdə əhalinin adambaşına düşən gəlirlərinin 5.5 faiz (1171.3 manat) və aylıq əməkhaqqının 5.9 faiz (514. 3 manat) artmasını göstərmək olar.

Ərazilərinin 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və köçgünün güzəranının yaxşılaşdırılması üçün daim cəhd göstərən və ölkədə sabitliyə nail olan, Azərbaycanı beynəlxalq səviyyədə tanıdan bir ölkə üçün bunu olduqca qənaətləndirici hesab etmək olar. Bu ölkə rəhbərliyindən asılı olan amillər hesabınadır. Lakin hazırki şəraitdə Azərbaycan ictimaiyyətindən və ölkə rəhbərliyinin cəhdlərindən asılı olmayan amillər də vardır. Bu isə xalqın daha çox istehlak etdiyi məhsulların qiymətlərinin gündən günə yüksəlməsidir. Belə asılılığın aradan qaldırılması üçün ölkə rəhbərliyi tərəfindən ciddi tədbirlər sistemi, islahatlar müəyyən olunmaqla həyata keçirilir. Bunlardan biri qeyri-neft sektoru sahələrində sahibkarlığın inkişaf etdirilməsi və ölkəmizin daxili imkanları hesabına əhalinin ucuz qiymətli məhsullarla təmin edilməsidir. Belə tədbirlərin həyata keçirilməsi və tətbiqi strateji yol xəritəsində açıq-aydın qeyd olunmuşdur".


VOICEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 291
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter