voicepress.az

SON DƏQİQƏ

Xanhüseyn Kazımlı: “Ermənilər qaniçən olduqlarını nümayiş etdirir, sülh danışıqlarından öz əməlləri ilə imtina edirlər”

7-07-2017, 08:34

“Ermənilər anlamalıdır ki, Cocuq Mərcanlı qələbələri hələ çox olacaq!”

Bunu VOİCEPRESS-ə açıqlamasında ASRP sədri, millət vəkili Xanhüseyn Kazımlı deyib. Onun sözlərinə görə, iki yaşlı uşağın həyatını çalan terrorçu dövlət axır əvvəl əsil üzünü bütün dünyaya göstərməli idi: “Allah o Zəhra balamıza rəhmət eləsin. Amma o Zəhra balamız sayəsində dünya ictimaiyyəti erməni xislətini, apardıqları kirli işğalçılıq siyasətini bir daha tanımış oldu. İnanıram ki, Zəhra balanın ölümünə dünya ictimaiyyəti biganə qalmayacaq! Zəhra bala bu gün ermənilərin qətlə yetirdikləri bütün balalarımızın qatillərinin kim olduqlarını dünyaya çatdırmış oldu. Dünya bunu eşitməlidir. Ermənilər elə hesab edirdi ki, bizim güllə əlindən Cocuq Mərcanlıya yerləşmək imkanımiz olmayacaq. Amma əksinə dövlət rəhbərliyinin sərəncamı ilə Cocuq Mərcanlıda aparılan bərpa və tikinti işləri erməniləri yanıltdı. Onlar indi Azərbaycanın gücünün fərqinə vardılar. Ermənilər qaniçən olduqlarını nümayiş etdirir, sülh danışıqlarından öz əməlləri ilə imtina edirlər.

Mən tez-tez cəbhə bölgəsində oluram. Əsgərlərimizlə görüşürəm. Onlarda ruh yüksəliyini, vətən sevgisini görürəm. Əsgərlərimiz tam hazır vəziyyətdə ali baş komandanımızın tapşırığını gözləyirlər. Bu gün Azərbaycan güclü orduya, ən son model silah-sursata, texnikaya malikdir. Azərbaycanın igid əsgərləri Zəhra balamızın qanını yerdə qoymayacaq!”

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olmuşdu.. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə xəstəxanaya çatdırılaraq əməliyyata götürülmüşdü.




Aysel İsgəndərova

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 4 333
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter