• 12:16 – Azərbaycana gələn əcnəbilərin sayı 6 faiz artıb 11:52 – Ermənilər atəş açdı, Azərbaycan əsgəri yaralandı 11:29 – Stoltenberq: “NATO-da Türkiyənin alyansdan çıxarılması fikri səsləndirilməyib” 11:21 – Çıraqqala abidəsində bərpa işlərinə başlanıldı 14:33 – Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 
  • 21:11 – Millət vəkili İsveçrədə qaçqınlarla bağlı çağırış etdi 
  • 19:34 – Zelenski Rövnəq Abdullayevlə bağlı fərman verdi 
  • 13:10 – Şəkidə xəsarət alanların SON DURUMU 

Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi AŞPA-nın sessiyasında qaldırıldı

Millət vəkili Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən və ermənilərin işğalı altında olan Azərbaycanın Şuşa şəhərində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması ilə bağlı məsələ qaldırıb.

VOİCEPRESS
bildirir ki, AŞPA-da çıxış edən deputat D.Əsgərov və Ş.Quliyevin azad olunması üçün qurumu Ermənistana təzyiq göstərməyə çağırıb və işğalçı Ermənistanın nümayəndə heyətinin AŞPA-da səsvermə hüququnun dayandırılmasını tələb edib.

Q.Paşayeva D.Əsgərov və Ş.Quliyevin hələ də girovluqdan azad edilməməsi məsələsinə xüsusi diqqət ayırıb və AŞPA-nı onların azad olunması istiqamətində səylərini artırmağa çağırıb: "Çıxışıma Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində verdiyi açıqlamalara görə təşəkkür edərək başlamaq istəyirəm. Amma təəssüf ki, Azərbaycan dövlətinin səylərinə, T.Yaqlandın açıqlamalarına baxmayaraq Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması istiqamətində irəliləyiş yoxdur. Ermənistan dövləti azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov saxlamaqda davam edir. Onlara əziyyət verilir və sağlamlıqları ilə bağlı narahatlıq var. Bu insanların günahı yoxdur. Onlar sadəcə, köçkün düşdükləri evlərini, atalarının, ailə üzvlərinin, yaxınlarının məzarlarını ziyarətə gediblər. Bu insanlara tutulduqları gündən ermənilər zülm edirlər".

Deputat bildirib ki, D.Əsgərov və Ş.Quliyevin ailəsi və yaxınları onların qısa zamanda azad edilməsi üçün AŞPA-dan bu istiqamətdə daha böyük səylər gözləyirlər: "Mən Assambleyanı insanlıqdan kənar, bu qeyri-qanuni əməllərinə son verməsi üçün Ermənistan dövlətinə, hökumətinə ciddi etiraz etməyə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana təzyiq göstərməyə çağırıram. Biz AŞPA-dan bu girovların azad olunması üçün ciddi dəstək gözləyirik. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə çağıran AŞPA-nın 1416 saylı qətnaməsinin həyata keçirilməsi istiqamətində heç bir addım atmır. Ermənistan bir neçə ay əvvəl Sərsəng su anbarı ətrafında müzakirələr zamanı qəbul edilən qətnamənin həyata keçirilməsi istiqamətində də heç bir addım atmır. AŞPA-da alınan bu qərarların həyata keçirilməməsi və Ermənistan tərəfindən onlara məhəl qoyulmaması bölgədəki gərginliyi daha da artırır. Bölgədəki gərginliyin azalması üçün AŞPA-nın qəbul etdiyi qərarların həyata keçirilməsi istiqamətində Ermənistana təqyiq göstərməsi lazımdır. Qurumun 1416 saylı qətnaməsi niyə icra olunmur? AŞPA Ermənnistandan bu qərarların həyata keçirilməsini tələb etməlidir. Əgər qərarlar icra olunmursa, təzyiq göstərməlidir. AŞPA nə üçün Azərbaycan torpaqlarının 20 faizini 25 ildir işğal altında saxlayan, qurumun işğal edilmiş torpaqlarımızdan çəkilməsinə dair qətnamələrinə əməl etməyən Ermənistanın Assambleyadakı nümayəndə heyətinin "səs vermə hüququnun alınması" ilə bağlı məsələni müzakirə edib, qərar qəbul etmir? 25 ildir öz evlərinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün sizdən aldığınız qərarların, qəbul etdiyiniz qətnamələrin həyata keçirilməsi üçün Ermənistana təzyiq göstərmənizi gözləyir və bu istiqamətdə qısa zamanda ciddi addımlar atmağa çağırır".

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter