voicepress.az

SON DƏQİQƏ

Qənirə Paşayeva Markoviçlə görüşdü

28-06-2017, 14:51

Milli Məclisin üzvü AŞPA-da çıxış edən Monteneqronun Baş naziri Dusko Markoviçlə görüşüb.

VOİCEPRESS
xəbər verir ki, qısa görüş zamanı Markoviç millət vəkilinin ölkələrimiz arasında genişlənən əməkdaşlıqla bağlı fikirlərini dəstəkləyib, Azərbaycan-Monteneqro əlaqələrinin daha da inkişaf edəcəyini bildirib və fikir mübadiləsi aparıb.

Mərakeş nümayəndə heyəti ilə görüşdə isə Qənirə Paşayeva Azərbaycanla Mərakeş arasında bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlığın getdikcə daha da artmasını sevindirici hadisə olaraq qiymətləndirib. Qənirə Paşayeva Azərbaycan parlamentinin də Mərakeşlə əlaqələrin və dostluğun inkişafına böyük önəm verdiyini və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib.

Görüş zamanı Qənirə Paşayeva Azərbaycan həqiqətləri, Xocalı soyqırımı barədə də ətraflı məlumatlar verib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 682
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter