voicepress.az

SON DƏQİQƏ

"Azərbaycanın Rusiyadan aldığı silah müdafiə xarakterlidir” - Rusiyalı hərbi ekspert

28-06-2017, 12:29

Azərbaycanın Rusiyadan aldığı yeni silah partiyası Ermənistanın narahatlığını daha da artırıb.

VOİCEPRESS
xəbər verir ki, Ermənistanın buna görə Moskvanı "xəyanət"də ittiham edərək lənətləməsi ilə bağlı yenicag-a açıqlama verən rusiyalı hərbi ekspert Aleksandr Perenciyev bildirib ki, Azərbaycanın aldığı həmin silah-sursat müdafiə xarakterlidir:

"Bildiyimə görə, Azərbaycan ordusuna əsasən, müdafiə xarakterli silahlar - tank əleyhinə və hava hücumundan müdafiə vasitələri verilib. Həmin silahlardan heç bir halda Ermənistan ordusunun mövqelərinə hücum etmək üçün istifadə oluna bilməz.

Bu silahlar hücum əməliyyatı üçün nəzərdə tutulmasa da, düşmən tanklarını və hava aparatlarını (təyyarə, helikopter, pilotsuz uçuş aparatları) məhv etməkdə effektlidir.

Yəni Ermənistan tərəfindən hücum olarsa, bu silahlar hücumun qarşısını ala biləcək faktordur. Bu formada tədarük edilən silah-sursat cəbhə xəttində münaqişənin gərginləşməsinə səbəb ola bilməz. Əksinə, bunun sayəsində elə bir şərait yaranır ki, heç bir tərəf hücum strategiyasında uğur qazana bilmir".

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 3 324
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter