voicepress.az

SON DƏQİQƏ

Mariya Zaxarovanın Qarabağ haqda dedikləri necə təhrif olundu?

15-06-2017, 15:40

VOİCEPRESS xəbər verir ki, Rusiya XİN-in rəsmi saytı Mariya Zaxarovanın bu günkü brifinqinin video-stenoqramını yerləşdirib və oradan məlum olur ki, XİN rəsmisi "Dağlıq Qarabağ xalqı" deyil, "bilavasitə Dağlıq Qarabağda yaşayan insanlar" ifadəsini işlədib.

Başqa sözlə, indiki halda Rusiya XİN-in rəsmi nümayəndəsinin sözləri təhrif edilib.

13:02

"Rusiya əlindən gələn hər şeyi edir ki, Qarabağ münaqişəsinin həlli tapılsın-nə qədər tez olsa o qədər yaxşıdır. Lakin münaqişə tərəflərinin heç birinə, o cümlədən Dağlıq Qarabağ xalqına ziyan vurmadan".

VOİCEPRESS xəbər verir ki, belə bəyanatla Rusiya XİN-in qalmaqallı mətbuat katibi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə çıxış edib.

Sözügedən sayt qeyd edir ki, əgər Mariya Zaxarova doğrudan da "Dağlıq Qarabağ xalqı" ifadəsini işlədibsə bu yolverilməzdir və düzgün deyil. Çünki həmin regionda yaşayan insanlardan söz gedirsə, onların barəsində "Dağlıq Qarabağ sakinləri" ifadəsi işlədilməlidir.

"Mən hesab edirəm ki, hər tərəfin-Azərbaycan və Ermənistanın, onların rəsmi nümayəndələrinin, dövlət xadimlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz baxışları var. Bu münaqişənin həlli üçün müəyyən olunmuş format mövcuddur, doğrudan da köhnə problemdir və kompromislərin axtarışını nəzərdə tutur. Kompromislərin axtarışı isə bu gün tərəflərin mövqeləri arasında fərqlərin nə qədər böyük olmasına baxmayaraq mövqelərin yaxınlaşması deməkdir", - Zaxarova şərhini davam etdirib.

Rusiya XİN rəsmisi əlavə edib ki, bu, beynəlxalq praktikadır, diplomatik işin praktikası budur ki, həlli mümkün görünməyən məsələlərin də həllini axtarıb tapasan. "Biz bu qiymətləndirmə ilə razıyıq ki, situasiya həll və irəliləyiş tələb edir, məhz buna görə də son vaxtla müxtəlif formatlarda təmaslar intensivləşib", - Zaxarova əlavə edib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 348
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter