voicepress.az

SON DƏQİQƏ

Rusiya XİN: "Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti dəqiqləşdirəcək"

8-06-2017, 14:15

ATƏT Minsk qrupunun həmsədrləri regiona səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti dəqiqləşdirməyi planlaşdırır.
VOİCEPRESS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.


O qeyd edib ki, həmsədrlərin iyunun 10-u Yerevana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin aktual məsələlərinin müzakirəsi planlaşdırılır.

Həmsədrlər daha sonra Dağlıq Qarabağa səfər edəcəklər. Bir həftə sonra isə onların Bakıya səfəri nəzərdə tutulub.

M.Zaxarova qeyd edib ki, bu səfərlər nəticəsində birgə bəyanat yayımlanacaq.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 086
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter