voicepress.az

SON DƏQİQƏ

Perunun Azərbaycanda səfirliyi fəaliyyətə başladı

2-06-2017, 18:40

Perunun Azərbaycandakı səfirliyi fəaliyyətə başlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyindən VOİCEPRESS-ə verilən məlumata görə, iyunun 2-də səfirliyin yeni təyin olunmuş müvəqqəti işlər vəkili Luis Çanq Boldrini Azərbaycan Xarici İşlər Nazirliyində Dövlət Protokol idarəsinin rəisi Pərvin Mirzəzadə ilə görüş keçirib.

Pərvin Mirzəzadə Luis Çanq Boldriniyə Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzulayıb. Luis Çanq Boldrini fəaliyyəti dövründə iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 214
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter