voicepress.az

SON DƏQİQƏ

Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsinin bəzi müddəaları razılaşdırıldı

2-06-2017, 17:06

İyunun 1-2-də Aşqabadda Xəzəryanı dövlətlərin xarici işlər nazirləri müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyasının hazırlanması üzrə Xüsusi işçi qrupun 49-cu iclası keçirilib.

XİN-in mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, iclasda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti, habelə İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndə heyətləri iştirak edib.

Türkmənistan prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət müəssisəsinin sədri M. Atacanovun sədrliyi keçən iclasda Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov çıxış edib. Toplantıda tərəflər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin razılaşdırılmamış müddəalarını müzakirə ediblər. Nəticədə Konvensiya layihəsinin bir sıra müddəaları razılaşdırılıb.

Nümayəndə heyətləri danışıqların nəticələrini yüksək qiymətləndiriblər və görüş yüksək səviyyədə təşkil edildiyi üçün Türkmənistan tərəfinə minnətdarlıq ifadə ediblər. Görüşdə növbəti iclasın İranda keçirilməsi qərara alınıb. İclasın tarixi diplomatik kanallar vasitəsi ilə müəyyən ediləcək.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 492
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter