voicepress.az

SON DƏQİQƏ

Xanhüseyn Kazımlı: “Azərbaycanın müstəqilliyi Azərbaycan xalqının gələcək nəsillərə ərmağan edəcəyi mirasdır”

28-05-2017, 14:52

“Azərbaycanın müstəqilliyi Azərbaycan xalqının gələcək nəsillərə ərmağan edəcəyi mirasdır”

Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı 28 may Respublika günü ilə bağlı deyib. Onun sözlərinə görə, 28 may günü hər bir Azərbaycan vətəndaşı üçün əhəmiyyətli gündür: “Xalqımız müstəqilliyə heç də asan nail olmdı. O bunun üçün canından, qanından keçdi. Neçə-neçə qurbanlar verdi. Müstəqillik naminə xalqın birliyinin var olması birlik nümayiş etdirməsi isə bir xalqın sahib olduğu ən ülvi bəşəri varlığa sahib olmaq deməkdir. Azərbaycan xalqının şücaəti, Azərbaycan əsgərinin vətənpərvərliyi hələ illər keçsə belə dillərə dastan olacaq. Mən tez-tez əsgərlərimizlə bərabər hərbi hissələrdə oluram. Onlarda olan əhval-ruhiyyəni, vətənpərvərlik hissini görəndə insanın ürəyi dağa dönür. Bu bilirsiz nə deməkdir? Hesab edirəm ki, Azərbaycan bu cür canlı müdafiə sisteminə malik olduğu üçün qələbə günü heç də uzaqda deyil. Biz tezliklə 28 may gününü Dağlıq Qarabağda, Şuşada qeyd edəcəyik. Azərbaycan bayrağını Şuşa qalasına bizim əsgərlərimiz sancacaq”

Aysel İsgəndərova

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 163
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter