voicepress.az

SON DƏQİQƏ

"Üçüncü ölkələr Dağlıq Qarabağda Ermənistanın fəaliyyəti barədə daha ciddi mövqe nümayiş etdirməlidir"

1-06-2017, 17:01

Ermənistan tərəfindən Azərbaycan əraziləri Dağlıq Qarabağın və yeddi ətraf rayonun işğalı hələ də ciddi diqqət tələb edən məsələ olaraq qalır.

VOİCEPRESS
xəbər verir ki, bu, Avrasiya Tədqiqat Mərkəzinin rəhbəri, doktor Alev Kılıçın "TurkishNY" portalındakı məqaləsində yazılıb.

Məqalədə qeyd olunur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində üçüncü tərəflərin səylərinin uğursuzluğa düçar olması status-kvonun saxlanılmasına xidmət edib.

A.Kılıç yazır ki, professor Alen Pelle tərəfindən hazırlanmış və Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi tərəfindən dərc olunmuş "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər növ fəaliyyət barəsində üçüncü şəxslərin öhdəlikləri üzrə hüquqi rəy" adlı məruzə Dağlıq Qarabağ ətrafındakı vəziyyətin ümumi hüquqi kontekstini əks etdirir.

Məqalədə vurğulanır ki, bütün dövlətlər Ermənistanın məsuliyyətinə diqqət çəkməli və ona qarşı sanksiyalar da daxil olmaqla müxtəlif tədbirlər görməlidir.

Müəllif qeyd edir ki, üçüncü ölkələr Azərbaycanın işğal olunmuş ərazilərində status-kvonun saxlanılmasına yol açan bütün addımlardan boyun qaçırmalıdır: "Üçüncü ölkələr Ermənistanın fəaliyyəti barədə daha ciddi mövqe nümayiş etdirməli və regiondakı vəziyyəti təhlükə altına ala biləcək hər hansı bir addımdan boyun qaçırmalıdır. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ məsələsində əsas beynəlxalq hüquq prinsiplərin qorunub saxlanmasına böyük diqqət ayırmalıdır."

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 936
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter