voicepress.az

SON DƏQİQƏ

Azərbaycan XİN: Təmas xəttindəki gərginliyə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür

28-04-2017, 19:29

İlk növbədə sual vermək lazımdır ki, Ermənistan əsgərlərinin Azərbaycanın suveren ərazilərində nə işi var?

Bu barədə VOİCEPRESS -in sorğusuna cavab olaraq XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-nin mətbuat xidmətinin rəhbərinin dediklərini şərh edərkən bildirib.

H.Hacıyev qeyd edib ki, qoşunların təmas xəttində gərginliyin baş verməsi və itkilərin olması bir daha göstərir ki, vəziyyət nə dərəcədə kövrəkdir.

H.Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu gərginliyin yaranmasının və atəşkəsin pozulmasının əsas səbəbidir: "Ermənistan rəhbərliyi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələrblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən öz işğalçı qoşunlarını çıxarmaqdan imtina edir. Ona görə də mövcud vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür".


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 728
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter