voicepress.az

SON DƏQİQƏ

Bunun nəyi razılıqdır?!

28-04-2017, 16:07

Gözlənildiyi kimi Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü də nəticəsiz qaldı".

VOİCEPRESS milli.az-apa-ya istinadən xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun fikrincə, görüşdə yalnız bir məsələyə dair razılıq əldə olunub: "Görüşün yekunlarıyla bağlı yayılan və heç bir məna ifadə etməyən 3-4 cümləlik bəyanatda əsas fikir bundan ibarətdir: "Tərəflər Vyana və Sankt-Peterburq sammitlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin zəruri olduğunu vurğulayıblar". Məgər prezidentlərin 2016-ci ildə Vyana və Sankt-Peterburq görüşlərində hansısa razılıq əldə olunub? Yeganə şifahi razılıq o olub ki, danışıqlar davam etdirilsin və atəşkəsə riayət olunsun. Bunun nəyi razılıqdır ki?! Əksinə, bu, bizim maraqlara zidd olan status-kvonun uzanması deməkdir".

E.Şahinoğlu hesab edir ki, Moskvadakı görüşün bir mənası var idi: "Kreml Azərbaycanın müharibəyə başlamayacağına əmin olmaq istəyirdi. Buna əmin oldumu? Bunu gələcək aylar göstərəcək".

Qeyd edək ki, bu gün Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyanın işgüzar görüşü baş tutub. Görüşdə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişənin həlli məsələsi müzakirə olunub.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 895
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter