voicepress.az

SON DƏQİQƏ

XİN: Ermənistanın BƏƏ-dəki təxribatının qarşısı alınıb

24-04-2017, 18:00

24-27 aprel 2017-ci il tarixində Dubayda keçirilən və dünya boyunca ən nüfuzlu turizm sərgilərindən olan “Arabian Travel Market”də Ermənistan tərəfi yenə təxribata əl ataraq Ermənistana aid stenddə ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ edən əyani vasitələr və xəritələr yerləşdirməyə cəhd edib.

Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi və Dubaydakı Baş konsulluğu tərəfindən bu fakt müəyyən olunub və dərhal sərginin təşkilatçılarına və BƏƏ-nin rəsmi orqanlarına müraciət edilərək bu təxribatın qarşısı alınıb:

""Nəticə etibarilə, qondarma rejimi təbliğ edən təxribatçı xarakterli əyani vasitələr Ermənistan stendindən yığışdırılıb. Səfirlik və Baş konsulluq tərəfindən məsələ nəzarətdə saxlanılır".

O bildirib ki, sözügedən sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan böyük stendlə təmsil olunur: "Azərbaycan pavilyonunda ölkəmizin çoxsaylı turizm şirkəti iştirak edir".

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 214
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter