voicepress.az

SON DƏQİQƏ

Aydın Mirzəzadə

18-04-2017, 17:39

Bu günlərdə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəsi general Yuri Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi təyin edilib. Azərbaycan torpaqlarını işğal edən dövlətin sabiq baş qərargah rəisinin beynəlxalq təşkilatın rəhbəri seçilməsi Azərbaycanı laqeyd qoya bilməz.
Bunu millət vəkili Aydın Mirzəzadə VOİCEPRESS-ə açıqlamasında bildirib. O qeyd edib ki, Xaçaturov Azərbaycan torpaqlarının işğalında iştirak etmiş və mövqelərimizə qarşı vaxtaşırı provokasiyalar təşkil edən bir insandır: "Buna görə də Xaçaturovun fəaliyyəti daim Azərbaycan ictimaiyyətinin diqqətində olacaqdır. Digər tərəfdən Ermənistandan başqa KTMT-yə daxil olan digər beş ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Onlar ötən ilin aprelində Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlarını dəstəkləmədilər. Bu Ermənistan üçün, həmçinin Xaçaturov üçün ciddi bir xatırlatmadır.
Xaçaturov istədi-istəmədi KTMT-nin nizamnaməsinə uyğun hərəkət etməli olacaq. Əgər səlahiyyətindən kənar bəyanatlar verərsə, onda həmin təşkilatın üzvü olan dövlətlərin ciddi etirazı ilə qarşılaşacaq. Eyni zamanda Azərbaycan da bu məsələni diqqətdən kənarda qoymayacaq. Xaçaturov bilməlidir ki, Azərbaycan müstəqil ölkədir, BMT tərəfindən tanınmış sərhədləri var. Xaçaturov etdiyi əməllərin əksinə olaraq, bu gün özünü diplomat, hüquqa bağlı insan kimi aparmalıdır".

Aysel isgəndərova

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 613
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter