voicepress.az

SON DƏQİQƏ

Səməd Seyidov: "Ermənistanda demokratik seçki obrazını yaratmaq cəhdi baş tutmadı"

3-04-2017, 14:54

Heç kimdə şübhə yox idi ki, Ermənistanda keçirilən parlament seçkiləri seçki adını daşımağa layiq deyil.
VOİCEPRESS xəbər verir ki, bunu trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.


S.Seyidov bildirib ki, Ermənistanda demokratik seçkilərin keçirilməsi obrazını yaratmaq cəhdi baş tutmadı: "Beynəlxalq səviyyədə də bu məsələ çox ciddi müzakirə olunacaq".

S.Seyidov vurğulayıb ki, Ermənistanda real, xalqın fikrini əks etdirən seçkilərin keçirilməsi mümkün deyil: "Seçki saxtakarlığı ilə bağlı yol verilmiş digər qanun pozuntuları da bu yaxınlarda üzə çıxacaq, bununla bağlı müzakirələr aparılacaq".

Qeyd edək ki, ötən gün Ermənistanda parlament seçkiləri keçirilib. Seçkilərdə bir çox qalmaqallı hadisələr baş verib və geniş saxtakarlıqlar müşahidə olunub. Hətta Ermənistan prezidenti Serj Sarkisyanın adı seçici siyahısında olmayıb. Seçki saxtakarlığı ilə bağlı bir neçə cinayət işi açılıb.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 992
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter