voicepress.az

SON DƏQİQƏ

Aviqdor Liberman: Azərbaycanla İsrail arasında münasibətlər gələcəkdə də inkişaf edəcək

30-03-2017, 16:06

Azərbaycan təkcə İsrailin strateji tərəfdaşı deyil, həm də dinlərarası və millətlərarası tolerantlığın nümunəsidir.

VOİCEPRESS
-in məlumatına görə, bunu İsrailin müdafiə naziri, keçmiş xarici işlər naziri Aviqdor Liberman Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycan və İsrail arasında əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulub: “Ölkələrimiz arasında münasibətlərin qurulmasında iştirak etdiyim üçün qürur duyuram. Mən buraya səfərlərim zamanı özümü hər zaman evdəki kimi hiss etmişəm. Mən burada bir sıra rəsmi şəxslərlə, o cümlədən ölkə prezidenti İlham Əliyevlə görüşmüşəm. Bu görüşlər bizə yüksək texnologiyalar, kənd təsərrüfatı, energetika və bir çox digər sahələrdə əməkdaşlığı möhkəmləndirməyə imkan verib”.

İsrailli nazir qeyd edib ki, Azərbaycanda yaşayan yəhudi icması özünü həmişə təhlükəsizlikdə hiss edib: “Bu icma, eləcə də İsraildə yaşayan azərbaycanlılar iki ölkə arasında körpü rolunu oynamaqda davam edir”.

A.Liberman ümid etdiyini bildirib ki, ikitərəfli münasibətlər gələcəkdə də inkişaf edəcək. O, bu sahədə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının səylərini də vurğulayıb.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 555
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter