voicepress.az

SON DƏQİQƏ

Gözün buynuz qişasının bankı yaradılsın – Komitə sədrindən TƏKLİF

30-03-2017, 15:47

“Azərbaycanda gözün buynuz qişasının bankı yaradılmalıdır və bu məsələ yaddan çıxarılmamalıdır”.

VOİCEPRESS
xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Deputat bildirib ki, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanununa dəyişiklik edilməklə bundan sonra gözün buynuz qişası Azərbaycana gətiriləcək.
“Qanuna edilən dəyişiklik layihəsi ilə bağlı Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi bə Dövlət Gömrük Komitəsi ilə müzakirələr aparılıb, müsbət rəy verilib.

Bundan sonra Səhiyyə Nazirliyinin icazəsi əsasında gözün buynuz qişası ölkəyə gətirələcək. Bu sahədə çətinlik vardı, ümid edirik, bu problem aradan aradan qalxacaq”.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 778
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter