voicepress.az

SON DƏQİQƏ

Xanhüseyn Kazımlı: "Azərbaycanın düçar olunduğu bəlaları beynəlxalq aləm bilməlidir"

27-03-2017, 08:10

"Azərbaycanın düçar olunduğu bəlaları beynəlxalq aləm bilməlidir" Bunu VOİCEPRESS-ə açıqlqmasında Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı deyib.

Onun sözlərinə görə, tarixi faktları mütəmadi olaraq beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq gərəkir: "1813-1828-ci ilə qədər Azərbaycan ərazisi təxminən 410 min kv. km. idi. Gülüstan və Türkmənçay sülh müqavilələrindən bəlli olduğu kimi Azərbaycan əraziləri getdikcə azalmağa doğru meyl etmişdir. Məsələn, 1813-1828-ci illərdə hazırda İran əsarətində olan Cənubi Azərbaycan - sahəsi təxminən 280 min kv. km. təşkil edirdi. Rusiya əsarəti altındakı Şimali Azərbaycan - sahəsi təxminən 130 min kv. km. idi. 1918-ci ildə Rusiyanın təzyiqi ilə ermənilərə verilmiş İrəvan xanlığı - sahəsi 9 min kv. km. olmuşdu.Rusiya əsarəti altındakı Dərbənd xanlığı - sahəsi təxminən 7 min kv. km. idi.Beləliklə 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının qurulduğu ərazisinin sahəsi təxminən 114 min kv. km. idi.1920-ci ildə ADR-i işğal edən rus sovet imperiyasının bölüşdürdüyü Azərbaycan əraziləri: Ermənistan SSR-nin qismən nəzarətinə verilən Zəngəzur,Göyçə, Şərur, Dərələyəz, Dilican və gürcülərin qismən nəzarətinə verilən (Gürcüstan SSR) Borçalı - birlikdə sahəsi: təxminən 27,4 min kv. km. idi. Hesablamalar və aparılan araşdırmalar göstərir ki, 1920-1991-ci illərdə SSRİ əsarəti altında qalmış Azərbaycan SSR-nin ərazisi - 86,4 min kv. km. olmuşdu. Beləliklə 1813-1828-ci illərdə Azərbaycanın ərazisi 410 min kv. km. olduğu halda 1920-1991-ci illərdə 4,7 dəfə azalaraq 86,4 min kv. km. təşkil etmişdir. Müasir bazar qiyməti ilə həmin ərazilərdə yerləşən təkcə torpağın (323,6 min kv. km.) dəyəri təxminən 64,8 milyard ABŞ dolları təşkil edir.İnsanların keçirdiyi sarsıntılar, onların fəlakətə düçar olması, yeraltı və yerüstü təbii sərvətlərin dəyəri, Azərbaycan dövlətinin tarixlər uzunu aşağılaşdırılaraq hissə-hissə torpaqlarının qoparılması, habelə ötən müddətdə mövcud varidatın ən səmərəli məqamlarından məhrumiyyət xərcləri bu hesablamaya daxil edilməmişdir. Əlbəttə tarixlər uzunu Azərbaycanımız belə itkilərə məruz qalmışdır"
.



Ü. Musazadə
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 363
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter