voicepress.az

SON DƏQİQƏ

Elmar Məmmədyarova Rusiyada medal təqdim olundu

7-03-2017, 15:47

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində bu ölkənin Federal Məclisinin Federasiya Şurası Sədrinin müavini İlyas Maqamed Salamoviç Umaxanov ilə görüşüb.

VOİCEPRESS
xəbər verir ki, görüşdə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulduğu 25 il ərzində ikitərəfli əlaqələrin səviyyəsindən və əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edildi.

Nazir Elmar Məmmədyarov ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın rolunu xüsusi qeyd etdi və bu xüsusda qanunverici orqanların fəaliyyətini təqdir etdi.
İlyas Maqamed Salamoviç Umaxanov təmsil etdiyi qurum adından Elmar Məmmədyarova Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə “Federasiya Şurası. 20 il” medalını təqdim etdi.

Nazir Elmar Məmmədyarov medala görə Federasiya Şurasına təşəkkürünü bildirdi.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 727
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter