voicepress.az

SON DƏQİQƏ

Hərbi ekspert: "Martın 14-nə kimi Ermənistan cəbhədə çox ağır təxribatlar törədəcək"

7-03-2017, 12:02

"Martın 14-nə kimi Ermənistan cəbhədə çox ağır təxribatlar törədəcək".

"Azərbaycan Silahlı Qüvvələri bu arada son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar".

VOİCEPRESS
xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşevin Ermənistan prezidenti Serj Sarkisyanla görüşünü şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi dünən Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. Səfərdə əsas məqsəd İrəvanda təhlükəsizliklə bağlı məsləhətləşmələr aparmaq olub. Tərəflər arasında əsas müzakirə mövzusu dünyadakı vəziyyət, Qafqazdakı situasiya, Dağlıq Qarabağ problemi olub.

O, qeyd edib ki, martın 14-nə kimi Ermənistan cəbhədə çox ağır təxribatlar törədəcək: "Bunu mən sizə tam əminliklə deyirəm. Bu rus generalı Patruşev ora birbaşa Putinin şəxsən çatdırmaq istədiyi mühüm tapşırıqlarla gəlib. Əgər belə olmasaydı, onsuz Serj Sarkisyan ayın 14-də iki gün Moskvada olacaq. Həm daxili, həm də xarici proseslərlə bağlı son təlimatlarını, tapşırıqlarını alacaq. Demək, Azərbaycan Silahlı Qüvvələri bu arada son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar. Allah Azərbaycana qarşı pis niyyətdə duran bu yaramazların bəlasını versin!
Mən sözümü dedim. Baxaq görək nələr olacaq. Amma, çox narahatam...
Təki mən yanılım. Amma, bu adi bir görüş deyil. Bağlı qapılar arasında vəziyyəti qarışdırmaq üçün baş tutan bir görüşdür".

Aysel İsgəndərova

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 4 315
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter