voicepress.az

SON DƏQİQƏ

XİN-dən Məmmədyarovun Rusiya səfəri ilə bağlı AÇIQLAMA

3-03-2017, 18:24

Azərbaycan Xarici İşlər Nazirliyi Elmar Məmmədyarovun Rusiya səfəri ilə bağlı məlumat yayıb.

XİN-dən VOİCEPRESS-ə verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov 5-7 mart 2017-ci il tarixində Rusiya Federasiyasında rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Həmçinin Elmar Məmmədyarovun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulması münasibətilə təşkil ediləcək sərginin açılış mərasimində iştirakı, Rusiya XİN-in Diplomatik Akademiyasında çıxışı və digər tədbirlərə qatılması planlaşdırılıb.

Qeyd edək ki, səfər Rusiyanın XİN rəhbəri Sergey Lavrovun dəvəti əsasında baş tutacaq.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 274
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter