voicepress.az

SON DƏQİQƏ

Deputat: "Ermənistan həmişə təxribatlar törədir"

1-03-2017, 17:25

"Ermənistanın son günlərdə cəbhə xəttində təxribatlar törətməsinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozmaqdır".

VOİCEPRESS
xəbər verir ki, bunu trend-ə Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, son illər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və Prezident İlham Əliyev tərəfindən aparılan prinsipal və qətiyyətli siyasət nəticəsində artıq beynəlxalq təşkilatlar da məcburdurlar ki, işğalçı Ermənistana və eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsuliyyət daşıyan ATƏT-in Minsk qrupuna təsir etsinlər:

"Prezidentin bütün beynəlxalq təşkilatlarda cəsarətlə, qətiyyətlə bu məsələni qaldırması ermənilərdə narahatlıq yaradıb. Azərbaycanın mövqeyi hələ də konstruktivdir və hələ ki, münaqişənin sülh yolu ilə həllinə üstünlük verir. Amma işğalçı Ermənistan həmişə qeyri-konstruktiv mövqe nümayiş etdirərək danışıqları pozmaq üçün təxribatlar törədir".

Deputat vurğulayıb ki, heç bir təxribat Azərbaycan dövlətini öz yolundan döndərə bilməz: "Dövlət başçısı dəfələrlə bəyan edib ki, heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövləti yaradıla bilməz və Azərbaycan bir qarış da torpağını güzəştə getməyəcək".


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 977
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter