voicepress.az

SON DƏQİQƏ

"Azərbaycan İsrailə "Dəmir günbəz" kompleksi sifariş verib"

27-02-2017, 15:06

Stokholmdakı Dünya Problemlərini Araşdırma İnstitutu (SIPRI) 2015-2016-ci illərdə Azərbaycanın əldə etdiyi silahlarla bağlı hesabat hazırlayıb.

VOİCEPRESS
apa-ya istinadən xəbər verir ki, institut Azərbaycanın əsas silah təchizatçılarının İsrail, Türkiyə və Rusiya olduğunu bildirib.

Qeyd olunur ki, Azərbaycan ötən il İsraildən OPV-62 gözətçi gəmiləri, havadan patrul xidməti üçün Orbiter-1K sursatı, "Barak-8" zenit-raket kompleksləri, EL/M-2080 "Green Pine" hava hücumundan müdafiə sistemləri radarları, LAHAT tank əleyhinə idarə edilən yüngül raketləri, Spike-NLOS unikal raketləri, EL/M-2288 AD-STAR radarları, "Harop" hücum və kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları, "SandCat" zirehli avtomobilləri satın alıb.

Hesabatda o da bildirilir ki, Azərbaycan 2016-cı ildə İsrailə "Dəmir günbəz" hava və raket hücumundan müdafiə sistemi və bu kompleks üçün "Tamir" raketlərini sifariş edib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 555
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter