voicepress.az

SON DƏQİQƏ

AŞPA Ermənistana 32 nəfərlik nümayəndə heyəti göndərir

24-02-2017, 11:33

“Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkilərini Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 32 nəfərlik nümayəndə heyəti müşahidə edəcək.
VOİCEPRESS
xəbər verir ki,bu barədə qurumun seçkiqabağı nümayəndə heyətinin yaydığı məruzədə bildirilib.
Məlumatda qeyd olunub ki, AŞPA Ermənistanda keçiriləcək parlament seçkilərində qanun pozuntularının təkrarlanacağından ehtiyat edir. Nümayəndə heyəti Ermənistanda seçki qanunvericiliyinin azad və demokratik şəkildə təşkil olunmasına imkan verdiyi barədə Venesiya Komissiyasının 2016-cı ildə verdiyi rəylə razıdır. Lakin bu, ancaq siyasi iradə və vicdanlı yanaşma olduğu təqdirdə həyata keçirilə bilər.
Həmçinin, yeni Seçki Məcəlləsinin detallı izahını dinləyəndən sonra nümayəndə heyəti qərara gəlib ki, Məcəllə geniş ictimayyət tərəfindən başa düşülməsi baxımından hələ də çox mürəkkəbdir. Bu isə qarışıqlığa səbəb ola və seçki prosesinə mövcud inamsızlığı artıra bilər.
Nümayəndə heyəti bildirib ki, Ermənistanda keçmiş seçkilərin müşahidəsi zamanı Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və digər beynəlxalq müşahidəçilər inzibati resurslardan sui-istifadəyə, hədə-qorxu və seçki kampaniyaları zamanı seçicilərə qarşı hətta fiziki zorakılıq hallarına görə hakimiyyəti tənqid edib.
Nümayəndə heyəti həmçinin müvafiq hakimiyyət orqanlarını bütün lazımi tədbirləri görməyə çağırıb.
Nümayəndə heyətinin fikrincə, Ermənistanda siyasi mədəniyyətin inkişafına ehtiyac var.
“Belə ki, ölkədə siyasət bu və ya digər şəxslərin adı ilə bağlıdır, ideologiya və ölkə qarşısında duran çoxsaylı siyasi, iqtisadi və sosial məsələni özündə əks etdirən siyasi proqramlar yoxdur”.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 211
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter