voicepress.az

SON DƏQİQƏ

"İran-Azərbaycan əlaqələri qarşılıqlı inama və etimada əsaslanır" - Mahmud Vaezi

23-02-2017, 20:41

İran ilə Azərbaycan arasındakı münasibətlər qarşılıqlı inama və etimada əsaslanır. Bu etimadın nəticəsidir ki, birgə iqtisadi layihələrin icrası istiqamətində konkret addımlar atılıb.

VOİCEPRESS
bildirir ki, bu fikri İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Ərdəbildə iranlı və azərbaycanlı iş adamlarının iştirakı ilə keçirilən biznes forumda səsləndirib.

Nazir bildirib ki, bu gün əsası qoyulan birgə iqtisadi layihələrdən gələcək nəsillər faydalanacaq. Qarşılıqlı əlaqələrin inkişafı hər iki dövlətin milli maraqlarına xidmət etməklə yanaşı, xalqlarımızın da yaxınlaşmasını təmin edir.

M.Vaezi bildirib ki, enerji, nəqliyyat, ticarət, səhiyyə və turizm sahələrindəki əməkdaşlıq əlaqələri əhalinin maddi gəlirlərini artıracaq və hər iki ölkənin sərhədyanı bölgələrinin sosial-iqtisadi inkişafına təkan verəcək.

Nazir İran ilə Azərbaycanın münasibətlərinin nümunəvi olduğunu nəzərə çatdırıb və iş adamlarına bu münasibətlərin yaxınlığından istifadə edib qarşılıqlı investisiya yatırmalarını tövsiyə edib.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 697
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter