voicepress.az

SON DƏQİQƏ

Türkiyəli nazir: "Azərbaycanla ticarət həcmi potensiala cavab vermir"

23-02-2017, 16:27

"Türkiyə və Azərbaycan arasında kənd təsərrüfatı məhsulları üzrə ticarətin həcmi potensiala cavab vermir".

VOİCEPRESS
xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan-Türkiyə biznes-forumunda iştirak etmək üçün Bakıya gəlmiş Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik deyib.

O qeyd edib ki, Türkiyə və Azərbaycan arasında mövcud 120 milyon dollar həcmində kənd təsərrüfatı məhsullarının ticarət həcmi potensiala cavab vermir: "Biz bu səviyyəni artırmalı və ixrac məhsullarının çeşidini genişləndirməliyik".

Nazir bildirib ki, iki ölkə arasında bir çox sahələrdə əlaqələri inkişaf etdirmək mümkündür: "Bu gün keçirilən biznes-forum iki ölkənin iş adamları arasında sıx əlaqə yaradacaq".

F.Çelik Azərbaycanın kənd təsərrüfatı nazirini fəxri qonaq qismində Türkiyədə keçiriləcək Afrika ölkələrinin kənd təsərrüfatı nazirlərinin toplantısına dəvət edib.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 721
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter