voicepress.az

SON DƏQİQƏ

Prezidentdən tapşırıq: Şuşa məscidinin oxşarı tikilsin!

21-02-2017, 14:57

Məscid Cocuq Mərcanlıda inşa ediləcək

Cocuq Mərcanlı kəndində Şuşa məscidinə oxşar məscid tikiləcək. VOİCEPRESS apa-ya istinadla verdiyi məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

A. Paşazadə bildirib ki, bununla bağlı prezident İlham Əliyev ona öz tövsiyələrini verib: "Məhz cənab prezidentin ideyası ilə Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar məscid tikiləcək".

Adıçəkilən kənd 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub.

2 aprel 2016-cı ildə Cocuq Mərcanlı kəndində yerləşən Lələ təpə yüksəkliyi dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Bundan sonra kəndə nəzarət Azərbaycan tərəfinə keçib.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 077
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter