voicepress.az

SON DƏQİQƏ

BMT Azərbaycanda qaçqın statusu almaq istəyən əcnəbilərlə bağlı görülən işləri yüksək qiymətləndirib

21-02-2017, 10:48

Miqrasiya məsələsi hər bir dövlətin milli təhlükəsizliyi baxımından ciddi məsələdir. Bu gün sığınacaq axtaran, qaçqın statusu almaq məqsədilə Azərbaycana pənah gətirən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə respublikada diqqət və qayğı göstərilir, onların hüquq və azadlıqlarının qorunması üçün müvafiq tədbirlər görülür.

VOİCEPRESS xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin (DMX) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Furio De Angelis ilə görüşdə deyib.

F.Nəbiyev bildirib ki, bu fakt müharibə şəraitində olan Azərbaycan dövlətinin nəinki öz vətəndaşlarının, həm də əcnəbilərin də hüquqlarının qorunmasına həssas yanaşdığını və bunu təmin etməyə qadir olduğunun nümunəsidir.

Furio De Angelis sığınacaq axtaran, qaçqın statusu almaq məqsədilə pənah gətirən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı Azərbaycan dövlətinin gördüyü işləri yüksək qiymətləndirib, onların hüquqlarının müdafiəsi istqamətində Dövlət Miqrasiya Xidməti ilə birgə işlərin aparılmasının vacibliyini vurğulayıb və qarşılıqlı əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 498
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter