voicepress.az

SON DƏQİQƏ

İlham Əliyev və xanımı "Azərbaycan Dəmir Yolları"nın inzibati binası və Bakı Dəmir Yolu Vağzalında yaradılan şəraitlə tanış olublar

10-02-2017, 11:44

Bakı Dəmir Yolu Vağzalı əsaslı yenidənqurmadan sonra fevralın 10-da istifadəyə verilib.

VOİCEPRESS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Dəmir Yolu Vağzalında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

10:50

Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin inzibati binasında əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

VOİCEPRESS xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov dövlətimizin başçısına və xanımına burada aparılan işlər barədə məlumat verdi.

Bildirildi ki, bina 1956-cı ildə inşa edilib. Ümumi sahəsi 29 min kvadratmetr olan binada 505 otaq var. Binanın 3 korpusu dördmərtəbəli, bir korpusu isə beşmərtəbəlidir.

Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyətləri, həmçinin ölkəmizdə dəmir yolunun inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb, Ümummilli Liderin büstü qoyulub.

Binada işçilərin yüksək səviyyədə çalışmaları üçün hərtərəfli şərait var. Server otağında qatarların hərəkətinin onlayn izlənməsi sistemi yaradılıb. Bundan başqa, otaqda GPS izlənmə sistemi də tətbiq edilir.

Binada 280 nəfərlik akt zalı, aparat və işlər idarəsi, beynəlxalq əlaqələr, kadrlar, hüquq, ictimai əlaqələr şöbələri, "qaynar xətt" bölməsi və digər aidiyyəti qurumlar fəaliyyət göstərəcək. İnzibati otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Binada, həmçinin şəhid dəmiryolçuların və indiyədək quruma rəhbərlik edən şəxslərin fotolarından ibarət guşələr də yaradılıb.

Qeyd edildi ki, dəmir yolunun fasiləsiz iş rejimini nəzərə alaraq, binanın həyətyanı ərazisində iki transformator və generator quraşdırılıb, iki su anbarı inşa edilib. Mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunan binanın dam örtüyü tam yenilənib.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 3 788
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter