voicepress.az

SON DƏQİQƏ

"Rəqabət Məcəlləsi bütün dünyada qəbul olunub"-Spiker deputatla RAZILAŞMADI

1-02-2017, 12:39

“Milli Məclisin əvvəlki iclaslarında Rəqabət Məcəlləsi 2-ci oxunuşdan keçib. Lakin sonradan Rəqabət Məcəlləsi hara yoxa çıxdı, bilmirəm. Artıq 11-ci ildir ki, bu qanun qəbul olunmur. Niyə biz Azərbaycanda Rəqabət Məcəlləsini qəbul etmək istəmirik?!”.

VOİCEPRESS-in məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, rəqabət yaradacaq məhsulların davamlı istehsalını təmin etmək, ixrac yönümlü məhsulların istehsalını təşkil etmək istəyiriksə, Rəqabət Məcəlləsi qəbul edilməlidir.

Vahid Əhmədov bildirib ki, monopoliyanı aradan qaldırmaq lazımdır.

“Rəqabət Məcəlləsi bütün dünyada qəbul olunub. Hansı qüvvələr istəmir ki, Rəqabət Məcəlləsi qəbul olunsun? Xahiş edirəm ki, Rəqabət Məcəlləsi bundan sonrakı iclaslarda gündəliyə salınsın və 3-cü oxunuşda müzakirə edilsin”.

Deputat Azərbaycanda maliyyə nəzarəti haqqında qanunun qəbul olunmasının da vacibliyinin vurğulayıb.

Milli Məclis sədri Oqtay Əsədov isə Vahid Əhmədovla razılaşmayıb.

“Rəqabət Məcəlləsi 2 dəfə Milli Məclisdə müzakirə edilib. Lakin bu qanunun təşəbbüskarı var. 2008-ci ildən başlanan iqtisadi böhrandan sonra, iqtisadi şərtlər də dəyişib. Buna görə də, Rəqabət Məcəlləsi dəyişdirilməlidir. Bunun üzərində iş gedir. Nə zaman bu tam hazır olacaq, onda da Milli Məclisə daxil olacaq.
İkincisi, deyirsiniz ki, maliyyə nəzarəti haqqında qanun olsun. Bu qanun hazır olmalıdır ki, Milli Məclis müzakirə etsin. Bilirsiniz ki, Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb”.



VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 275
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter