voicepress.az

SON DƏQİQƏ

Əli Məsimli: "Azərbaycan belə populist və fəsadları proqnozlaşdırıla bilməyən təkliflərə qoşulmamalıdır"

11-01-2017, 15:58

"Hazırladığımız təkliflər vaxtında həyata keçirilməyə başlasaydı, hökumət az xərclə problemli kreditlər məsələsini xeyli dərəcədə çözə və maliyyə sisteminin sağlamlaşdırlmasına nail ola bilərdi".

Qeyd edək ki, bu sözləri Milli Məclisin deputatı, İqtisadiyyat elmləri namizədi Əli Məsimli VOİCEPRESS-in problemli kreditlərlə bağlı sorğusuna cavab olaraq demişdir.

Əli Məsimli bildirdi ki, "Hələ ötən il deputat həmkarım Vahid Əhmədovla birlikdə Maliyyə sağlamlaşdırılması və problemli kreditlər barədə 14 səhifəlik "təkliflər" paketi hazırlayıb bütün aidiyyatı orqanlara göndərmişik. Azərbaycanda əksəriyyət bu təkliflərimiz barədə yetərincə məlumatlıdır. Bir ilə yaxındı cavab gözləyirik, amma cavab yoxdu. Həmin təkliflər vaxtında həyata keçirilməyə başlasaydı, hökumət az xərclə problemli kreditlər məsələsini xeyli dərəcədə çözə və maliyyə sisteminin sağlamlaşdırlmasına nail ola bilərdi".

Azərbaycanın dollardan imtina etməsi problemli kreditlərin həlli istiqamətində nə dərəcədə həlledici rol oynaya bilər, sorğumuza isə Əli müəllim bildirmişdir ki, "Dünya iqtisadiyyatı və ticarəti daha çox dollar üzərində qurulub. Dolları dominat valyuta rolunu aradan qaldırmaq illər tələb edən işdi. Bunun həlli həm də Rusiya, Türkiyə və s. bu kimi ölkələrin gücü daxilində olan problem deyil. Hansısa iki ölkə dollardan kənar öz valyutaları ilə ticarət edə bilər. Amma dolların dominat rolunun davam etdiyi şəraitdə bunun perspektivi yoxdu...

Həmin ölkələr ticarət prosesində bir-birilərinə satdıqları malların qiymətlərini öz valyutalarında tutuşdurub ortaq məxrəcə gələndə yenə də dollara və ya avroya müraciət etmək məcburiyyətində qalacaq. Biz xarici ticarətimizin 90%-dən çoxunu təşkil edən neftimizi dollara satırıq. Bir anlığa təsəvvür edin ki, bizim 40 milyard dollara yaxın strateji valyuta ehtiyatımızın əksəriyyəti dollar və avro ilə yox, rus rublunda və ya digər bir əhəmiyyətsiz valyutada olaydı, onda nə olardı...

Azərbaycan belə populist və fəsadları proqnozlaşdırıla bilməyən təkliflərə qoşulmamlıdır".

Aysel İsgəndərova

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 115
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter