voicepress.az

SON DƏQİQƏ

Bu gün Azərbaycan Respublikasının dövlət və ictimai-siyasi xadimi, Əli Məsimlinin doğum günüdür

3-01-2017, 13:36

Bu gün Azərbaycan Respublikasının dövlət və ictimai-siyasi xadimi, Milli Məclisin deputatı, İqtisadiyyat elmləri namizədi, Əli Məsimlinin doğum günüdür.

Qeyd edək ki, Əli Məsimli 1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri namizədidir. Çoxsaylı broşürlərin və məqalələrin müəllifidir. Rus dilini bilir.

1980-ci ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri işləmişdir. 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, 1992-ci ildən Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri, 1993-2005-ci illərdə "Müstəqil İqtisadçılar Birliyi" ictimai təşkilatının prezidenti vəzifələrində çalışmışdır.

2005-ci il noyabrın 6-da 113 saylı Şəki şəhər seçki dairəsindən deputat seçilmişdir. Azərbaycan-Çin, Azərbaycan-Xorvatiya, Azərbaycan-İsveçrə, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Evlidir, 2 övladı var.

VOİCEPRESS kollektivi olaraq doğum gününüz münasibətilə sizi təbrik edən çoxsaylı dostlarınız və seçicilərinizə qoşularaq ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzu edirik.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 465
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter