voicepress.az

SON DƏQİQƏ

Göyçayda kanal dağıldı: iki kənd susuz qalıb

6-06-2019, 20:02

Göyçayda kanal dağıldı: iki kənd susuz qalıb

Göyçayda su kanalının dağılması nəticəsində iki kənd susuz qalıb.

VOİCEPRESS.AZ APA-ya istinadən xəbər verir ki, rayonun Çərəkə kəndi ərazisindən keçən beton R-8 arxı dağıldığı üçün onun suyu hazırda Qazyan arxına tökülür.

Nəticədə Göyçayın Çərəkə və Ucarın Rəstəcə kəndlərində yaşayan əhali əkin sahələrini suvarmaq üçün çətinliklə üzləşiblər. Göyçay Suvarma Sistemləri İdarəsindən verilən məlumata görə, mütəxəssislər dağılan arxa baxış keçirib. Sabah beton arxda təmir-bərpa işləri görüləcək və problem öz həllini tapacaq.

Qeyd edilib ki, beton R-8 arxı Qazyan arxının bir qoludur. Göyçay və Ucarın 15-ə yaxın kəndini suvarma suyu ilə təmin edən bu iki arx bir neçə yerdə ayrılır və birləşir, hətta asma beton ötürücü vasitəsilə bir-birinin üzərindən keçir.

Hazırda digər kəndlər su ilə təmin olunur.








VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 104
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter