voicepress.az

SON DƏQİQƏ

Şəkidə güclü külək ağacı evin üzərinə aşırıb

25-05-2019, 22:24

Şəkidə güclü külək ağacı evin üzərinə aşırıb

Şəkidə güclü külək ağacı aşırıb.

VOİCEPRESS.AZ xəbər verir ki, hadisə rayonun M.Ə.Rəsulzadə küçəsi, ev 333B ünvanında qeydə alınıb. İri gövdəli ağac hasarı və yaşayış evinin bir hissəsini dağıdıb.

Şəki rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə icra nümayəndəsi Rasim Həsənov ONA-ya bildirib ki, hadisə zamanı evdə adam olmayıb: "Hadisə nəticəsində evin qaz xəttinə, elektrik xəttinə ziyan dəyib. Hazırda Şəki şəhərində ağac aşması ilə bağlı 6-7 müraciət daxil olub, ciddi fakt olmayıb. Kəndlərdən də güclü küləyin fəsadları, ağac aşması ilə bağlı məlumatlar daxil olur".

R.Həsənov bildirib ki, hazırda "Azəriqaz" və "Azərişıq"ın nümayəndələri ərazidədirlər və hadisənin fəsadları aradan qaldırılır.









VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 139
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter