voicepress.az

SON DƏQİQƏ

Naxçıvanda eneolit dövrünə aid unikal tapıntı

19-12-2017, 19:03

AMEA Naxçıvan Bölməsi ilə Fransa Milli Araşdırmalar Mərkəzinin Şərur rayonunun Ovçular təpəsi qədim yaşayış yerində birgə apardığı qazıntılar zamanı Naxçıvanın milli geyim kolleksiyasına aid qızıl boyunbağı tapılıb.

VOİCEPRESS.AZ
xəbər verir ki, Qafqaz ərazisində tapılan ən qədim qızıl əşya olan bu tapıntı bütövlükdə Qafqaz arxeologiyası, etnoqrafiyası, dekorativ-tətbiqi sənətləri tarixində yeni səhifə, xüsusilə Azərbaycan zərgərlik sənəti və milli geyim mədəniyyətində yeni bir nüsxədir.

Tədqiqatçılar qızıl boyunbağını Son Eneolit dövrünə aid edirlər. Boyunbağı qədim dövr üçün xarakterik olan çəngəlşəkilli başlıqlı bəzək əşyaları qrupuna daxildir. Ağımtıl sarı rəngli boyunbağının eni 6 millimetr, diametri 18 santimetrdir.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 848
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter