voicepress.az

SON DƏQİQƏ

Biləsuvarda 4 yaşlı qız yanaraq ölüb-Yenilənib

7-04-2017, 09:16

Bu gecə Biləsuvar rayonunun Zəhmətabad kəndində 4 yaşlı Abbasova Yağmur Mahir qızının ölümü ilə nəticələnən dəhşətli yanğın hadisəsinin təfərrüatları məlum olub.

VOİCEPRESS
lent.az-a istinadən xəbər verir ki, hadisə vaxtı azyaşlı qız evdə 13 yaşlı dayısı ilə birgə olub. Onun anası Jalə Abbasova nənəsi Aynurə ilə harasa qonaq gedibmiş.

Bildirilir ki, Jalə Abbasova bir müddət əvvəl Mahir adlı şəxslə ailə qurub və çox keçmədən körpə qızı ilə anasının evinə qayıdıb. O, burada anası və kiçik qardaşı ilə birgə yaşamağa başlayıb. Dünən o, anası Aynurə ilə qonaqlığa gedib. Uşaq isə evdə yeniyetmə dayısı ilə qalıb. Gecə saat 01 radələrində evin yandığını görən yeniyetmə oğlan çətinliklə otağı tərk edərək həyətə düşə bilib. O, qonşuları çağırıb. Lakin artıq gec olub. 4 yaşlı Yağmur evdə tamamilə yanaraq ölüb. Körpənin anası və nənəsi yanğın söndürülərkən özlərini çatdıra biliblər.

Hadisədən sonra Jalə Abbasova və qardaşı ağır psixoloji travma alıblar və onlara yardım göstərilib.

09:16
Biləsuvar rayonu, Zəhmətabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən VOİCEPRESS-ə verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Yağmur Mahir qızı Abbasovanın yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 01:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 3 141
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter