voicepress.az

SON DƏQİQƏ

Millət vəkili Biləsuvarda qarşıda duran vəzifələrdən danışdı...

10-02-2017, 16:04

Millət vəkili Biləsuvarda qarşıda duran vəzifələrdən danışdı...

10 fevral 2017-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar rayonunda 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

VOİCEPRESS xəbər verir ki, hesabat iclasında Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Milli Məclisin deputatı, ASRP sədri Xanhüseyn Kazımlı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzənmədov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, rayonun iş adamları, ağsaqqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdi.

İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoydular. Sonra rayonun sosial-iqtisadi, mədəni və aqrar sahədəki inkişafını əks etdirən sərgiyə və rayon sakinləri üçün təşkil edilmiş ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkasına baxış keçirildi.

Yığıncaqda geniş məruzə ilə çıxış edən Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev ötən 2016-cı ildə rayonda bütün sahələr üzrə görülən işlər barədə ətraflı məlumat verdi.


M.Quliyev bildirdi ki, əvvəlki illərdə olduğu kimi 2016-cı ildə də Biləsuvar rayonunda istər sosial-iqtisadi, mədəni inkişaf sahəsində, istər də abadlıq-quruculuq sahələrində işlər davam etdirilmiş, nailiyyətlər əldə olunmuşdur.
2016-cı ilin sentyabr ayının 3-də rayona səfər edən ölkə başçısı rayonda görülən işlərlə tanış olmuş, əsaslı təmir və yenidənqurmadan sonra Mərkəzi rayon xəstəxanasının və 10 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 6 kilometr olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun açılışlarını etmişdir.

Nazirlər Kabinetinin iclasındakı nitqində və cənab İlham Əliyevin rəhbərliyi ilə 30 yanvar 2017-ci il tarixdə keçirilən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı aqrar sahənin ölkəmizin inkişafı üçün çox önəmli bir sahə olduğunu qeyd edərək, respublikamızda pambıqçılığın inkişaf etdirilməsini konkret vəzifə olaraq qarşımıza qoymuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pambıqçılığın inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Biləsuvar rayonunda da kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.


Rayonda 2015-ci ildə əkilən 3095 hektar sahədən 6362 ton pambıq yığılmışdırsa, 2016-cı ildə 6040 hektar sahədə pambıq əkilmiş və 12062 ton məhsul toplanmışdır. Bu da müvafiq dövrün göstəriciləri ilə müqayisədə 2 dəfə artım deməkdir. Bu müddət ərzində 12 min nəfər işlə təmin olunmuş və pambıq tədarükündən ailə üzvlərinin sayı 4 min nəfərə yaxın olmaqla 800 nəfər mülkiyyətçi 2.4 milyon manat gəlir əldə etmişdir. 2016-cı ildə istehsal olunan 12062 ton pambığa görə 721 nəfər mülkiyyətçi 1.2 milyon manat həcmində subsidiya alacaqdır.

2017-ci ildə rayonumuzda 10500 hektar sahədə pambıq əkininin aparılması üçün hazırlıq işlərinə başlanılmış və pambıq emalı məntəqələri ilə 10 min hektardan çox müqavilə bağlanmışdır. Hesabat gününədək müqavilə bağlanmış sahələrdə 8 min hektardan çox şum vurulmuşdur.

Nazirlər Kabinetinin iclasında cənab Prezidentin səmərəsiz istifadə olunan on min hektarlarla örüş torpaqlarından səmərəli şəkildə istifadə olunması ilə bağlı tapşırıq və tövsiyyələrinə uyğun olaraq rayonumuzda da bu istiqamətdə işlərə başlanılmışdır.Dövlət Fonduna aid 5 ayrı-ayrı massivdə yerləşən, ümumi sahəsi 17136 hektar əkinə yararlı qış otlaq sahəsinin təyinatının dəyişdirilərək kənd təssərrüfatı məhsullarının əkilməsi məqsədilə əkin dövriyyəsinə cəlb edilməsi və ərazinin suvarılması, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektorların qazılması işlərinə başlanılmışdır.İlkin mərhələdə 2 Aqroparkın yaradılması nəzədə tutulmuşdur ki, bu aqroparklardan biri 5000 hektar ərazini, digəri isə 1000 hektar ərazini əhatə edir.
1000 hektar sahədə salınan aqroparkın ərazisində hazırda 30,5 min kub metr şor kollektoru lildən təmizlənmiş, 9,5 min kub metr yeni aralıq kollektoru qazılmış, 10,2 km ərazidə hamarlama işləri aparılmışdır.Burada 65 hektar sahədə taxıl bitkisi əkilmiş, 400 hektar sahədə isə pambıq əkini üçün şum işləri görülmüşdür. Aqroparkın ərazisində taxıl və pambıqla yanaşı digər bitkilərin də əkilməsi nəzərdə tutulmuşdur.

5000 hektar ərazidə salınacaq Aqropark üçün nəzərdə tutulan qış otlaq sahəsinin sənədləri hazırlanaraq aidiyyəti qurumlara göndərilmişdir.Bu ərazidə isə pambıq, taxıl, soya, günəbaxan və digər kənd təsərrüfatı bitkilərinin əkilməsi nəzərdə tutulmuşdur.
2016-cı ildə rayon üzrə 18.1 min hektar sahədə mülkiyyətçilər tərəfindən yazlıq bitkilərin əkini aparılmışdır. 2016-cı ilin məhsulu üçün 2015-ci ilin payızında 24.8 min hektar payızlıq taxıl əkilmiş və sahələrdən 79.8 min ton məhsul əldə olunmuşdur. 2017-ci ilin məhsulu üçünsə 2016-cı ilin payızında 24.4 min ton taxıl əkilmişdir.Ötən 2016-cı ildə rayon üzrə iri buynuzlu mal-qara 41.3 min baş, xırdabuynuzlu mal-qara isə 139 min baş təşkil etmişdir.

2016-cı ildə rayonumuzda ümumi məhsul buraxılışının həcmi 233.6 milyon manat olmuşdur ki, bu da ötən 2015-ci illə müqayisədə 18.7 milyon manat və ya 8.7 faiz çoxdur.
2016-cı ilin sentyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının xeyir-düası ilə 4 yaşayış məntəqəsini birləşdirən uzunluğu 6,0 km olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolu və rayon Mərkəzi xəstəxanası əhalinin istifadəsinə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının “Biləsuvar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” imzaladığı müvafiq sərəncamına uyğun olaraq hazırda şəhər ərzsindəki aztəminatlı ailələrin yaşadığı çoxmənzilli yaşayış binalarında təmir işləri aparılır.
Rayon Elektrik şəbəkəsinin, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbələrinin inzibati binaları, Səmədabad kəndində Heydər Əliyev parkı tikilmiş, Əsgərabad kəndində 480 yerlik tam orta məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Biləsuvar şəhərinin 7 küçəsində və Ələt-Astara magistral avtomobil yolunun Bəydili kəndi ərazisindən keçən hissəsində ümumilikdə 8.9 km məsafədə asfalt-beton örtüklü yol tikilmişdir.
Ötən dövr ərzində rayonda əhalinin elektrik enerjisi və təbii qazla təmin edilməsi istiqamətində işlər görülərək yaşayış məntəqələrində 56.1 km SİP kabel çəkilmiş, 31 ədəd yeni müxtəlif kilovoltluq elektrk transformatorları quraşdırılmış,21 ədəd elektrik transformatoru cari təmir edilmiş, 733 ədəd metal və 1721 ədəd beton elektrik dirəyi quraşdırılmışdır. Rayonun bütün yaşayış məntəqələri 100 faiz təbii qazla təmin edilmişdir.

Ölkəmizdə təhsil sahəsində aparılan islahatlar rayonumuzun təhsil sistemində də müsbət nəticələrini verməkdədir. Hazırda rayonda 26 tam orta, 10 ümumi orta olmaqla 36 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Ötən tədris ilində ümumtəhsil məktəblərinin XI siniflərini 1164 nəfər məzun bitirmişdir. Məzunlarından 224 nəfəri ali məktəblərə qəbul olmuşlar. Onlardan 54 nəfəri 500, 22 nəfər məzunsa 600 baldan yuxarı nəticə əldə etmişlər.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Məktəb-Lisey Kompleksi öz uğurlarını ilbəil möhkəmləndirir. Hər il olduğu kimi ötən il də məktəb-liseyi bitirmiş 24 nəfər məzunun hamısı yüksək balla ali məktəblərin tələbəsi adını qazanmışlar.
Son illər rayonumuzda 13 yeni məktəb tikilmiş, 6 məktəb yüksək səviyyədə əsaslı təmir olunmuşdur. 2016-cı ildə 480 yerlik Əsgərabad kənd tam orta məktəbi əsaslı təmir olunaraq müəllim və şagirdlərin istfadəsinə verilmişdir. Rayonun təhsil ocaqlarının informasiya-kommunikasiya texnologiyaları ilə təminatı da yaxşılaşdırılmışdır.
Ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş rayon Mərkəzi xəstəxanasında dializ şöbəsi də fəaliyyət göstərir.Son illərdə 6 kənddə müasir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsi də tibb xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olmuşdur.

Ölkə Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına əsasən ötən il Biləsuvar rayonunda 81183 nəfər, yaxud rayon əhalisinin 81,9 faizi tibbi müayinədən keçmişdir. Bu il fevral ayının 15-dən əhalinin növbəti tibbi müayinədən keçirilməsinə başlanılacaqdır.

Rayonda dövlət Gənclər və İdman siyasəsətinin həyata keçirilməsindən ötrü bir sıra işlər görülmüşdur.
Xoşbəxt gələcəyimiz olan gənclərə qayğı və diqqət möhtərəm Prezidentimizin ən çox diqqət yetirdiyi prioritet məsələlərdəndir. Rayonumuzda da əhalinin üçdə bir hissəsini təşkil edən gənc nəsil hərtərəfli qayğı ilə əhatə olunmuşdur.
Azərbaycanın Milli Qəhrəmanı, həmyerlimiz Mübariz İbrahimovun misilsiz şücaətindən böyük qürur duyan gənclərimiz hərbi xidmətə sonsuz həvəslə yola düşür, vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirirlər.

2016-cı ilin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox böyük uzaqgörənliklə Azərbaycanda “Multikultralizm ili” elan olnması təkcə respiblikamızda tarixi kökləri olan multikultural və tolerant ənənələrin inkişafına səbəb olmadı, həm də dövlətimizi və xalqımızı bu dəyərlərin daşıyıcısı olan bir nümunə kimi dünyaya təqdim etdi. “Multikultralizm ili” çərçivəsində Biləsuvar rayonunda həyata keçirlən tədbirlər və görülmüş işlər bu prosesə öz töhvəsini verdi.
2017-ci ilin respublikamızda “İslam Həmrəyliyi ili” elan olunması bu sahənin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunun təsdiqidir.

Rayon icra Hakimiyyəti 2016-cı ildə də vətəndaşların müraciətlərinə baxılmasını diqqət mərkəzində saxlanılmış, rayonda fəaliyyət göstərən hər bir dövlət orqanına, idarə və müəssisələrə bu sahədə işlərini düzgün qurmaları, vətəndaşların problemlərinin əsaslı surətdə həll olunmasına qayğı ilə yanaşmaları və məsuliyyətlərini daha da yüksəltmələri tövsiyyə olunmuşdur.
Vətəndaşların qabaqcadan rayon İcra Hakimiyyəti başçısının, onun müavinlərinin və digər vəzifəli şəxslərin qəbuluna yazılmaları, müraciətlərini bildirmələri və müvafiq cavablarının almaları üçün Elektron Hökumət portalında vətəndaşların elektron formada qəbul imkanı təmin edilmişdir.

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli Fərmanında nəzərdə tutulmuş tapşırıqların icrasını təmin etmək məqsədi ilə Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə Biləsuvar Rayon İcra Hakimiyyəti Apellyasiya Şurası və Apellyasiya Şurasının Katibliyi yaradılmışdır.

Yerlərdə səyyar görüş-qəbulların keçirilməsi 2016-cı ildə də davam etdirilmişdir. Ötən il qəbullarda 4659 nəfər iştirak etmiş, 231 məsələ qaldırılmışdır.Qaldırılan məsələlərin 91 %-i həll edilmiş, digərlərin həlli istiqamətində işlər davam etdirilir.
Çıxışının sonunda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirdi ki: “Ölkə rəhbərinin proqram xarakterli çıxışı qarşımıza çox böyük məsuliyyət qoyur.Rayonumuzda abadlıq, quruculuq işlərinin bundan sonra da davam etdirilməsi, sosial infrastruktunun yenilənməsi, kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişaf etdirilməsi, Aqroparkların salınması, əhalinin məşğulluğunun təmin edilməsi və yeni iş yerlərinin yaradılması əsas prioritet məsələlərimizdir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edirik ki, rayonumuzda əhalinin rifah halının daha da yaxşılaşdırılması, ölkə rəhbərinin tövsiyə və tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirilməsi üçün 2017-ci ildə də bütün imkanlarımızı maksimum səfərbər etməklə daha böyük əzmlə çalışacağıq.”

Hesabat yığıncağında Milli Məclisin deputatı Xanhüseyn Kazımlı və Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının məsul işçisi Habil Əzənmədov çıхış еdərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rеspublikаmızda ötən 2016-cı ildə görülən işlər barədə ətraflı məlumat verdilər, cənab Prezidentin tapşırıq və tövsiyyələrinə uyğun olaraq ölkəmizin inkişafı ilə bağlı qarşıya qoyulan hədəfləri açıqladılar.

Hesabat iclasında Biləsuvar rayon Maliyyə idarəsinin rəisi Eldar Təhməzov, Nəsimi kənd icra nümayəndəsi Kamal İmanov, Xırmandalı kəndində fermer, pambıqçı Xudaverdi Mahmudov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Şirvan Regional idarəsinin Biləsuvar rayonu üzrə baş məsləhətçisi Taleh Nuriyev və digərləri çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr müzakirə olundu.


















Aysel İsgəndərova

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 5 618
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter